SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Huawei” smartfonlarında sosial şəbəkələr olmayacaq

“Huawei” smartfonlarında sosial şəbəkələr olmayacaq
7-06-2019, 21:20

“Facebook” şirkəti özünün “İnstagram” və “WhatsApp” əlavələrini “Huawei” smartfonlarına yükləməyi qadağan edib.

NAXCİVANXEBERLERİ.COM “Reuters”ə istinadən xəbər verir ki, bu qadağa yalnız yeni smartfonlara şamil olunur, hazırda istifadə olunanların sahibləri isə həmin əlavələri “Google Playstore”dən yükləyə bilərlər.

Qadağanın hansı tarixdən qüvvəyə minəcəyi açıqlanmır. “Huawei” nümayəndələri bu məsələyə dair şərh verməyib.

Ötən ay ABŞ-ın Maliyyə Nazirliyi Çinin “Huawei” şirkətini “qara siyahı”ya salıb. Bundan sonra “Google”, “İntel”, “Broadcom” kimi informasiya texnologiyaları nəhəngləri bu şirkətlə əməkdaşlığa son qoyub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728