SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aİ ölkələri Rusiya neftinin maksimum qiyməti ilə bağlı təklif irəli sürüb

Aİ ölkələri Rusiya neftinin maksimum qiyməti ilə bağlı təklif irəli sürüb
24-11-2022, 11:29

Avropa İttifaqının (Aİ) əksər ölkələri Rusiya neftinin maksimum qiymətinin 1 barel üçün 65-70 dollar səviyyəsində olması ilə razılaşır.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə “Politico” qəzeti Aİ-nin adı açıqlanmayan diplomatları və rəsmilərinə istinadən məlumat yayıb.

Belə ki, Avropa Komissiyası qiymətin 1 barel üçün 65 dollar müəyyən edilməsini təklif edib, lakin Polşa və Baltikyanı ölkələr bunu çox yüksək hesab ediblər. Məsələn, Polşa 30 dollarlıq maksimum qiymətin tərəfdarıdır və o, həmçinin neft məsələsini Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə əlaqələndirmək istəyir. Dəniz daşımalarının inkişaf etdiyi Yunanıstan və Malta isə bunun azı 70 dollar olmasını təklif edir.

Amma nəşrin məlumatına əsasən, Aİ ölkələri uzun sürən müzakilərə baxmayaraq, maksimum qiymətlə bağlı razılığa gəlməyib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031