SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Qara qızıl” ucuzlaşıb

“Qara qızıl” ucuzlaşıb
24-11-2022, 12:00

Rusiya nefti üçün maksimum qiymət həddinin tətbiqi ilə bağlı qərarın müzakirə olunduğu bir zamanda dünya bazarında “qara qızıl”ın qiyməti cüzi düşüb.

NAXCİVANXEBERLERİ.COM birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,34 % ucuzlaşaraq 1 bareli 85,12 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti 0,27 % düşüb və 1 bareli 77,73 ABŞ dolları təşkil edib.

Ekspertlər maksimum qiymət həddinin bir barel üçün 50-60 dollar arasında olacağını təxmin edirlər.

Qərarın dünən qəbul ediləcəyi gözlənilsə də, Aİ ölkələri qiymət məsələsində razılığa gələ bilməyib. Belə ki, Avropa Komissiyası qiymətin bir barel üçün 65 dollar müəyyən edilməsini təklif edib, lakin Polşa və Baltikyanı ölkələr bunu çox yüksək hesab ediblər. Dəniz daşımalarının inkişaf etdiyi Yunanıstan və Malta isə maksimum qiymətin ən azı 70 dollar olmasını təklif edir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031