SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qızıl bahalaşıb

Qızıl bahalaşıb
24-11-2022, 10:10

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) son iclasının protokolunun dərc edilməsindən sonra qızılın qiyməti artıb.

NAXCİVANXEBERLERİ.COM birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,59 % və ya 10,35 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 755,95 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,19 % artaraq 1 unsiyası 21,622 ABŞ dolları təşkil edib.

Sənəddə göstərilir ki, FED uçot dərəcəsinin artım tempinin tezliklə azaldılmasını məqsədəuyğun hesab edir.

Bunun ardınca ABŞ valyutasının zəifləməsi qeydə alınıb. Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,29 % düşərək 105,77 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması isə qızılı digər valyutalarda alış üçün daha əlçatan edir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031