16:10 - Mübariz Qurbanlı: “Azərbaycanda dini təhsillə bağlı boşluqlar aradan qaldırılmalıdır”
16:05 - Azərbaycanın türkdilli ölkələrlə qarşılıqlı investisiya qoyuluşu açıqlanıb-FOTO
16:00 - Maya Sandu: "Rusiya Belarusda olduğu kimi, Moldovada da nüvə silahı yerləşdirmək istəyir"
15:55 - Ərdoğan BƏƏ Dövlət naziri ilə telefonla danışıb
15:50 - Son üç ayda Azərbaycanda televiziyaya baxanların sayı açıqlanıb
15:45 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bir səlahiyyətini itirib
15:40 - Komitə sədri: “Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir”
15:35 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib-FƏRMAN
15:25 - Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb
15:20 - “Azərsu” və Meliorasiya Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib-FƏRMAN
15:17 - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb-FƏRMAN
15:15 - Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib-SƏRƏNCAM
15:10 - Yeni könüllü qrupları ekofəallara dəstək üçün Laçın-Xankəndi yoluna gəliblər
Azərbaycan Prezidenti İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsini təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri 83 451,4 min manat məbləğində təsdiq edilib.
İşsizlikdən sığorta fondunun gələn il üzrə gəlirlərinin 83 421,4 min manatı işsizlikdən sığorta haqları, qalan hissəsi sair gəlirlər hesabına formalaşacaq.
İşsizlikdən sığorta üzrə sığorta haqlarının 13 060,7 min manatı büdcədən maliyyələşən təşkilatlar, 13 060,7 min manatı büdcədən maliyyələşən təşkilatlarda işləyənlər, 57 300,0 min manatı qeyri-büdcə sektoru üzrə nəzərdə tutulub.
İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin 11 mln. manatı işsizliyə görə sığorta ödənişlərinə, 1,8 mln. manatı peşə hazırlığı və əlavə təhsilin təşkilinə, 1,3 mln. manatı peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə, 150 000 manatı əmək yarmarkalarının, əmək birjalarının təşkilinə, 1,9 mln. manatı haqqı ödənilən ictimai işlərin təşkilinə, 42 041,4 min manatı özünəməşğuılluq tədbirlərinin təşkilinə, 5 mln. manatı Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə, 1 mln. manatı peşə standarlarının hazırlanmasına, 19,260 mln. manatı Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərclərinə yönəldiləcək.
Qanuna əsasən ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.