SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu il əmək müqavilələrinin sayında 95 minə yaxın artım qeydə alınıb

Bu il əmək müqavilələrinin sayında 95 minə yaxın artım qeydə alınıb
4-06-2019, 10:10

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə minimum əmək haqqının cari il martın 1-dən orta hesabla 40 faiz artrılması, qeyri-leqal məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək müqavilələrinin sayında ardıcıl artıma imkan yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatlarına əsasən 2019-cu ilin əvvəlindən bu günədək qeydiyyata alınmış əmək müqavilələrinin sayında (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) 95 minə yaxın artım qeydə alınıb.

Həmin əmək müqavilələrindən 66 268-i qeyri-dövlət, qalanı dövlət sektorunda bağlanıb.

İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəd olmaqla işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı təminat yaradır. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmalarında da əhəmiyyətli rola malikdir.

Qeyd edək ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım özünü göstərmişdi.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031