SON DƏQİQƏ

naxcivanxeberleri.com

SOCAR və “Sberbank” birgə müəssisə yaradıb

SOCAR və “Sberbank” birgə müəssisə yaradıb
3-06-2019, 14:17

SOCAR və “Sberbank” Antipinsk neft emalı zavodunda emal üçün birgə müəssisə yaradıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, SOCAR-ın 60 faizinin sahib olduğu müəssisə zavodun müflisləşmə müddətində olduğu zaman ərzində prosessinq işlərini görəcək.

Bundan başqa, birgə müəssisənin Orenburq vilayətindəki yataqlarda hasilat işləri ilə məşğul olacağı deyilir.

Qeyd olunur ki, SOCAR prosessinq işlərinə bu ilin iyul ayının sonunadək başlamağı planlaşdırır. Həmçinin birgə müəssisənin LUKOYL və “Surqutnefteqaz” kimi iri şirkətlərdən neft alacağı bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl “Sberbank” Antipinsk neft emalı zavodunun satışı ilə bağlı potensial investorlarla danışıqlar apardığını bildirmişdi.

Bankın rəhbəri German Qref zavodun səhmlərinin 80 faizdən çoxunun bank tərəfindən alındığını və hazırda potensial investorlarla danışıqların getdiyini demişdi.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930