SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycana Yaponiya və Çindən gələn turistlərin sayı çoxalıb

Azərbaycana Yaponiya və Çindən gələn turistlərin sayı çoxalıb
2-06-2019, 10:10

Bu ilin yanvar-aprel aylarında Azərbaycana Yaponiya və Çindən gələn turistlərin sayı çoxalıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, yanvar-aprel aylarında ölkəmizə Çindən gələnlərin sayı 1,6 dəfə, Yaponiyadan gələnlərin sayı 37,1 faiz artıb.

Bu ilin təkcə aprel ayında isə Azərbaycana gələn əcnəbilərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və ya 19.4 min nəfər artaraq 238 minə çatıb.

Ümumilikdə bu il Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min əcnəbi gəlib ki, gələnlərin sayında daha çox artım Misir (2,2 dəfə), Səudiyyə Ərəbistanı (1,9 dəfə), Hindistan (1,8 dəfə), Türkmənistan (1,8 dəfə), Çin (1,6 dəfə), Yaponiya (37,1 faiz), Kanada (31,8 faiz), Pakistan (28,8 faiz), Gürcüstan (22,6 faiz), Polşa (20,8 faiz) və Cənubi Koreya (20,5 faiz) vətəndaşları arasında qeydə alınıb.

Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə bağlanmış "Çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu"na əsasən yaxın illərdə Azərbaycana bu ölkədən gələcək turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30