SON DƏQİQƏ

22:33 - Prezident “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olub-FOTO, YENİLƏNİB

22:16 - İspaniya Ukraynaya ilk “Hawk” HHM sistemlərini təqdim edib

21:55 - İlham Əliyev “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olub - FOTO, YENİLƏNİB

21:50 - “Şəki-Oğuz” Aqroparkında yeni zavodun təməli qoyulub - FOTO, YENİLƏNİB

21:31 - Heydər Əliyev Fondu Şəki Xan məscidi-qəbiristanlıq kompleksini bərpa edib - FOTO, YENİLƏNİB

21:12 - Dünya Bankının regional direktoru Azərbaycana gələcək

20:35 - Prezident Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olub-FOTO, YENİLƏNİB

20:30 - Orta Zəyzid kəndində quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanışlıq - FOTO, YENİLƏNİB

20:21 - Türkiyənin Suriya və İraqda keçirdiyi son əməliyyatlarda 491 terrorçu öldürülüb

20:00 - Gənclər üçün müxtəlif mövzulu təlimlər-FOTO

19:53 - “Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edən qurğular istifadəyə verilib - FOTO, YENİLƏNİB

19:37 - Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTO, YENİLƏNİB

19:19 - Bolqarıstanın paytaxtı Sofiya şəhərində Şuşaya həsr olunmuş elmi-praktiki konfrans və “Şuşa – Azərbaycanın tarixi və mədəniyyət paytaxtı” kitabının təqdimatı keçirilib-FOTO

18:38 - Prezident Oğuz-Şəki avtomobil yolunun yenidənqurmadan sonra açılışını edib - FOTO, YENİLƏNİB

18:28 - Mehriban Əliyeva Prezident İlham Əliyevin Şəki səfəri ilə bağlı paylaşım edib-FOTO

naxcivanxeberleri.com

Azərbaycanda əməkhaqlarındakı artımlardan asılı olmayaraq, pensiyaların hər il artırılması gözlənilir

Azərbaycanda əməkhaqlarındakı artımlardan asılı olmayaraq, pensiyaların hər il artırılması gözlənilir
28-09-2022, 15:10

Azərbaycanda əməkhaqqlarındakı artımlardan asılı olmayaraq pensiyaların hər il artırılması gözlənilir.

NAXCİVANXEBERLERİ.COM-un xməlumatına görə, bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış "Əmək pensiyaları haqqında" qanunda mahiyyət və məzmun dəyişiklikləri ilə bağlı təkliflərin əsaslandırılmasında əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin sosial islahatlar proqramı əhalinin bu sahədə müdafiəsinin gücləndirilməsi və onun rifahının yaxşılaşdırılması məqsədini uğurla reallaşdırır. Bu istiqamətdə "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29.12.2020-ci il tarixli 240-VIQD nömrəli Qanunu qəbul edilərək əmək pensiyalarının sığorta hissələrinə əlavələr ləğv edilmiş, analoji kateqoriyadan olan təqaüdlərlə birləşdirilmiş, fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olan şəxslərə 25 il sığorta amnistiyasının müddəti 1 yanvar 2023-cü ilədək uzadılıb.

İslahatların davamı olaraq, ölkə başçısı tərəfindən aylıq vəzifə maaşlarının artırılması haqqında 23 dekabr 2021-ci il tarixli fərmanlara uyğun qaydada sosial sahədə pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsi, ən əsası isə "Əmək pensiyaları haqqında" qanunun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə bir sıra təkliflər hazırlanıb. Təkliflər bu Qanunun müvafiq müddəalarında mahiyyət və məzmun dəyişikliklərini nəzərdə tutur.

Mahiyyət və məzmun dəyişiklikləri ilə bağlı təkliflərin əsaslandırılması aşağıdakı kimidir:

Əmək haqları artırıldıqda, güzəştli şərtlərlə pensiyaların məbləğinin artırılması üçün təxminən 100 milyon manatdan çox əlavə vəsait tələb olunur. Bu da əməkhaqqıların artırılması islahatlarının aparılmasına mənfi təsir göstərir. Əməkhaqlarının artırılması ölkə üzrə orta nominal əməkhaqqı göstəricisinin artmasına, dolayısı ilə pensiyaların daha yüksək rəqəmlərlə indeksasiyasına şərait yaradır.

Əməkhaqqı artımları zamanı güzəştli şərtlərlə pensiyalar üçün maliyyə yükünün azaldılması məqsədi ilə əmək haqlarına müxtəlif əlavələr tətbiq edilir ki, bu da əmək haqqı sistemlərini mürəkkəbləşdirir. Əmək haqlarına tətbiq edilən yeni əlavələr güzəştli şərtlərlə pensiyaların artmasına səbəb olmur və bu kateqoriyadan olan pensiyaçıların haqlı narazılıqlarına səbəb olur. Pensiya artımlarında vahid indeksasiya metoduna keçirilməsi dünyada qəbul edilmiş mexanizmdir və əməkhaqlarındakı artımlardan asılı olmayaraq, hər il pensiyaların artımına səbəb olacaq.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin payız sessiyasının sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031