SON DƏQİQƏ

23:02 - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə sakinlərlə görüşüblər-FOTO

22:55 - Türkiyə Silahlı Qüvvələri Suriyada 5 terrorçunu zərərsizləşdirib

22:33 - Prezident “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olub-FOTO, YENİLƏNİB

22:16 - İspaniya Ukraynaya ilk “Hawk” HHM sistemlərini təqdim edib

21:55 - İlham Əliyev “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olub - FOTO, YENİLƏNİB

21:50 - “Şəki-Oğuz” Aqroparkında yeni zavodun təməli qoyulub - FOTO, YENİLƏNİB

21:31 - Heydər Əliyev Fondu Şəki Xan məscidi-qəbiristanlıq kompleksini bərpa edib - FOTO, YENİLƏNİB

21:12 - Dünya Bankının regional direktoru Azərbaycana gələcək

20:35 - Prezident Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olub-FOTO, YENİLƏNİB

20:30 - Orta Zəyzid kəndində quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanışlıq - FOTO, YENİLƏNİB

20:21 - Türkiyənin Suriya və İraqda keçirdiyi son əməliyyatlarda 491 terrorçu öldürülüb

20:00 - Gənclər üçün müxtəlif mövzulu təlimlər-FOTO

19:53 - “Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edən qurğular istifadəyə verilib - FOTO, YENİLƏNİB

19:37 - Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTO, YENİLƏNİB

19:19 - Bolqarıstanın paytaxtı Sofiya şəhərində Şuşaya həsr olunmuş elmi-praktiki konfrans və “Şuşa – Azərbaycanın tarixi və mədəniyyət paytaxtı” kitabının təqdimatı keçirilib-FOTO

naxcivanxeberleri.com

Əmək pensiyası ödənişinin maliyyə mənbələri artırılır

Əmək pensiyası ödənişinin maliyyə mənbələri artırılır
28-09-2022, 14:27

Azərbaycanda əmək pensiyası ödənişinin maliyyə mənbələri artırılır.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış "Əmək pensiyaları haqqında" qanunda dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə iği 2022-ci ildə müəyyən etdiyi və -be 2023-cü il yanvarın 1-dən onların Əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1 ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial Sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdiriləcək.

Məcəllənin hazırkı varinatı isə belədir: "Əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir".

Qanunun 6.2-ci maddəsinə təklif olunan dəyişiklik qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, eləcə də 20-ci maddəyə əsasən təyin edilmiş pensiyaların əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyindəki sonrakı artımlar səbəbindən yenidən hesablanması nəticəsində yaranan artımlar dövlət büdcəsi tərəfindən maliyyələşir. Lakin hazırkı layihədə Qanunun 29-cu maddəsinə müvafiq dəyişiklik edilməklə vahid indeksasiya metodologiyasının tətbiqi təklif edildiyindən, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu indeksləşdirilməsi nəticəsində yaranan xərclər sosial sığorta prinsiplərindən kənar olduğu üçün Qanunun 6.2-ci maddəsinə də müvafiq dəyişikliyin edilməsi zərurəti yaranıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031