13:41 - Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü ayrılıb
13:33 - Qadın cüdoçularımızdan dördü göndərildi, biri isə soyadını dəyişir
13:21 - 2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
13:09 - Millimiz Böyük Dəbilqəyə 13 cüdoçu ilə yollanacaq
12:30 - Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
12:22 - Avropa çempionatının vaxtı açıqlandı
12:15 - Ermənistanda COVID-19-dan ölənlərin sayı 3 190-a yüksəlib
12:02 - Sabah hava yağmursuz keçəcək
11:56 - Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb
11:47 - Yerevanda istefa tələb edənlər iki sutkadır çadırda gecələyir
11:34 - Bu il ağır COVID-19 xəstələrinin müalicəsi üçün dərman hazırlana bilər
11:29 - Bakı metrosu ötən ilin 202 günü bağlı qalıb
10:54 - Qubadlı rayonunun Əfəndilər kəndi -VİDEO
10:36 - Çexiyada koronavirusa görə hərəkət 3 həftəlik məhdudlaşdırılır
Bu il istehsalatda bədbəxt hadisələrə görə 2,8 mln. manat sığorta ödənişi verilib
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb.
NAXCİVANXEBERLERİ.COM Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr ayları ərzində bu sinif üzrə sığorta daxilolmaları 33 mln. 39 min manat təşkil edib. Bu, yanvar-oktyabr aylarındakı göstəricidən 2 mln. 795,3 min manat və ya 9,24%, ötən ilin eyni dövründəki göstəricidən isə 2 mln. 48 min manat və ya 6,6% çoxdur.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərə gəlincə, hesabat dövründə bu rəqəm 2 mln. 812,6 min manat olub ki, bu da yanvar-oktyabr ayları ilə müqayisədə 215,4 min manat və ya 8,29% çoxdur, bir il əvvəlki göstəricidən isə 123,7 min manat və ya 4,21% azdır.
Ümumilikdə, yanvar-noyabr aylarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlər sığorta haqlarının cəmi 8,51%-ni təşkil edib.