SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada heyvandarlıq məhsullarının istehsalı artıb

Muxtar respublikada heyvandarlıq məhsullarının istehsalı artıb
30-05-2019, 11:03

Bu il aprelin 1-nə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında iribuynuzlu mal-qaranın sayı 121 min 230 baş, xırdabuynuzlu heyvanların sayı isə 754 min 918 baş olub ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəriciləri 16,2 və 19,5 faiz üstələyib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayının artımının və cins tərkibinin yaxşılaşdırılmasının nəticəsi olaraq 2019-cu ilin yanvar-aprel aylarında muxtar respublikada diri çəkidə 7939,7 ton ət, 25675,6 ton süd istehsal olunub. Bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 38,3 və 16,1 faiz çoxdur.

Bu dövrdə 36 milyon 413 min 600 manatlıq heyvandarlıq məhsulları istehsal edilib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Heyvandarlığın inkişafı istiqamətində cari ilin yanvar-aprel aylarında 5 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Bu sahə ilə məşğul olan təsərrüfat subyektlərinə cari ilin yanvar-aprel aylarında bank və kredit təşkilatları tərəfindən 2 milyon 409 min 700 manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 44 faiz çoxdur. Ümumilikdə, son on ildə bu sahəyə 74 milyon 597 min 500 manat kredit verilib.

Yanvar-aprel aylarında muxtar respublikada heyvandarlıq təsərrüfatlarında 3909 baş inək, düyə və camış süni yolla mayalandırılıb, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 3932 baş sağlam bala alınıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930