SON DƏQİQƏ

naxcivanxeberleri.com

Baş Nazir: "Gələn il sosialyönlü xərclər bu illə müqayisədə 9,2 % çox olacaq"

Baş Nazir: "Gələn il sosialyönlü xərclər bu illə müqayisədə 9,2 % çox olacaq"
22-09-2022, 19:43

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində sosialyönlü xərclər 2022-ci illə müqayisədə 9,2 % çox nəzərdə tutulub.

NAXCİVANXEBERLERİ.COM Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov 2023-cü il üzrə dövlət və icmal büdcə layihələrinin, həmçinin sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş geniş iclasda bildirib.

O, əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılmasının daim dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayıb, qeyd edib ki, bu istiqamətdə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi planlaşdırlıb.

Hökumət başçısının sözlərinə görə, əhalinin sağlamlığının qorunması, icbari tibbi sığortası, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə növbəti ildə səhiyyə sisteminin təminatına da diqqət artırılacaq.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930