SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib

Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib
28-05-2019, 15:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbir iştirakçılarını 28 May-Respublika günü münasibəti ilə təbrik edib.

O vurğulayıb ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövr tariximizin şərəfli səhifələrdən biridir.

Nazir müavini bildirib ki, ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan 101 il əvvəl mövcud olmuş Xalq Cümhuriyyətinin layiqli varisi kimi dinamik inkişaf yolunda inamla irəliləyir. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə dayanıqlı inkişafı, eyni zamanda, güclü sosial siyasəti ilə seçilən bir ölkədir.

A.Kərimov qeyd edib ki, bu ilin ötən dövründə Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqı və minimum pensiya orta hesabla 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz, həmçinin tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb. Ümumilikdə, bu ilin ilk aylarında reallaşdırılan sosial paket təqribən 3 milyon insanın rifahına ciddi dəstək olub.

Qarabağ müharibəsi əlillərinin digər istiqamətlərdə də dövlət qayğısı ilə təmin olunduqlarını qeyd edən A.Kərimov diqqətə çatdırıb ki, 2018-ci ildə 265 müharibə əlilinə minik avtomobili verilib. Dövlət başçısının 18 mart 2019-cu il tarixli Sərəncamı ilə ayrılmış vəsait 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına, beləliklə, bu ildə müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan artıq 50 avtomobil bu gün təqdim edilir. Bununla da indiyədək 6200-dək avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib.

Nazir müavini şəhid ailələrinə, müharibə əlillərinə dövlət qayğısının artırılması istiqamətində tədbirlərin uğurla davam etdiriləcəyini bildirib, avtomobillə təmin olunan vətəndaşları bu münasibətlə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Minik avtomobili ilə təmin olunan müharibə əlilləri onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində işlərin ildən-ilə güclənməsinə, eyni zamanda, bu gün yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031