SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada nağdsız ödənişlərin həcmi 59,8 faiz artıb

Muxtar respublikada nağdsız ödənişlərin həcmi 59,8 faiz artıb
10-09-2022, 22:04

“2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ının icrası bu sahədə yeni-yeni uğurların əldə olunmasına yol açıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, proqrama uyğun olaraq görülən işlərin nəticəsində muxtar respublikada nağdsız ödənişlərin həcmi 2018-ci ilin yanvar-iyul aylarında 21 milyon 200 min 476 manat olduğu halda, 2022-ci ilin müvafiq dövründə bu göstərici 105 milyon 171 min 668 manat təşkil edib.

Bu ilin yanvar-iyul aylarında nağdsız ödənişlərin həcmi isə bir il öncəyə nisbətən 59,8 faiz artıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması” üzrə Tədbirlər Planının, “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın uğurlu icrası da maliyyə sabitliyinin və ümumi inkişafın təminatında mühüm rol oynayıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031