SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın birbaşa xarici dövlət borcu bu il 3 % azalıb

Azərbaycanın birbaşa xarici dövlət borcu bu il 3 % azalıb
13-08-2022, 18:10

Bu il iyulun 1-nə Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 167,1 milyon ABŞ dolları, birbaşa daxili dövlət borcu isə 2 milyard 789,7 milyon manat təşkil edib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik xülasəsi”ndə bildirilib.

Sənədə əsasən, 6 ayda birbaşa xarici dövlət borcu 226,3 milyon ABŞ dolları və ya 3,1 % azalıb, birbaşa daxili dövlət borcu 282,6 milyon manat və ya 11,3 % artıb.

Hesabat dövründə Azərbaycanın xarici dövlət borcu üzrə ümumi şərti öhdəlikləri 715,2 milyon ABŞ dolları, daxili zəmanətlər üzrə şərti öhdəliklər isə 738,8 milyon manat olub. Belə ki, ümumi şərti öhdəliklər 131,5 milyon manat artıb, nəticədə ümumi dövlət borcunda 29,4 milyon manat artım qeydə alınıb. Dövrün əvvəli ilə müqayisədə daxili zəmanətlər üzrə şərti öhdəliklər 177,5 milyon manat (31,6 %) artıb.

"Ümumi dövlət borcunun artımı daxili borclanmanın artımı hesabına olub, xarici dövlət borcunun məbləği azalıb və daxili dövlət zəmanətləri üzrə şərti öhdəliklər artıb", - Hesablama Palatasının məlumatında deyilir.

Bu il iyulun 1-nə ümumi dövlət borcu ÜDM-in 14,7 %-ni, o cümlədən xarici dövlət borcu ÜDM-in 11,7 %-ni, daxili dövlət borcu isə ÜDM-in 3 %-ni təşkil edib.

Xatırladaq ki, dövlət büdcəsində bu il üçün daxili dövlət borclanmasının yuxarı həddi 1,1 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 600 milyon manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 800 milyon manat müəyyən edilib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930