SON DƏQİQƏ

naxcivanxeberleri.com

Neft cüzi ucuzlaşıb

Neft cüzi ucuzlaşıb
9-08-2022, 09:47

Dünya bazarlarında “qara qızıl”ın qiymətində cüzi eniş qeydə alınıb.

NAXCİVANXEBERLERİ.COM birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,21% ucuzlaşaraq 1 bareli 96,45 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,22% aşağı düşərək 1 bareli 90,56 ABŞ dolları təşkil edib.

Ucuzlaşmaya İrandan neft tədarükünün bərpa perspektivləri səbəb olub. Yaxın zamanda Vyanda İranın nüvə proqramı üzrə danışıqların növbəti mərhələsi keçiriləcək. İran nüvə proqramından imtina edəcəyi təqdirdə rəsmi Vaşinqton bu ölkədən neft ixracına tətbiq edilən sanksiyaları aradan qaldıra bilər. Tərəflər arasında razılıq əldə olunarsa İran 8-10 ay ərzində gündəlik neft hasilatını təqribən 1 milyon barel artıra bilər.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930