SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qızılın qiyməti cüzi artıb

Qızılın qiyməti cüzi artıb
5-08-2022, 11:01

Qızılın qiyməti cüzi artaraq bir unsiya üçün 1800 ABŞ dollarını keçib. Birjalar ABŞ-da makrostatistik məlumatların açıqlanmasını gözləyir.

NAXCİVANXEBERLERİ.COM birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,07% və ya 1,25 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 808,15 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,68% artaraq 1 unsiyası 20,258 ABŞ dolları təşkil edib.

İnvestorlar ABŞ-ın əmək bazarının iyul ayı üçün məlumatlarını gözləyir. Bu məlumatlar ölkənin monetar siyasətinə, dolların məzənnəsinə və dolayı yolla qızılın qiymətinə təsir edə bilər.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031