SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qızılın qiyməti düşüb

Qızılın qiyməti düşüb
25-07-2022, 11:06

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) ikigünlük iclasının yekunlarının gözlənildiyi bir zamanda qızılın qiymətində cüzi eniş qeydə alınıb.

NAXCİVANXEBERLERİ.COM birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0, 31%, yaxud 5,4 dollar ucuzlaşaraq 1 unsiyası 1 722 dollara satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,99% düşərək 1 unsiyası 18,433 dollar təşkil edib.

Çərşənbə günü FES-in qərarı açıqlanacaq. Analitiklər hesab edirlər ki, iclasda uçot dərəcəsi 75 baza bəndi səviyyəsində artrılaraq 2,25-2,5%-ə çatdırılacaq.

ABŞ-da monetar siyasətin sərtləşdirilməsi dollar üçün müsbət hal hesab olunur. Analitiklər hesab edirlər ki, iyul ayında qızılın qiyməti ABŞ dollarının məzənnəsinə əks dinamikada inkişaf edəcək.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031