SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Atəşgah”dan ətraf mühitin qorunmasına yönəlmiş növbəti addım

“Atəşgah”dan ətraf mühitin qorunmasına yönəlmiş növbəti addım
23-05-2019, 12:56

“Atəşgah” Sığorta Şirkəti son günlər trendə çevrilən, ətraf mühitin qorunması və "daha təmiz dünya yaratmaq" üçün həyata keçirilən önəmli sosial layihənin bir hissəsi oldu.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, şirkətdən verilən məlumata görə sosial şəbəkələrdə “TrashTag” həştəqi ilə məşhurlaşan layihə çərçivəsində insanlar dünyanın müxtəlif yerlərində parkları, yolları və çimərlikləri təmizləyərək ərazinin əvvəl və sonrakı şəkillərini paylaşırlar.

Ekoloji sabitliyin qorunması, ekoloji təmiz dünya yaratmağın hər zaman tərəfdarı olan "Atəşgah"lılar öz növbəsində bu layihəyə qoşularaq sağlam təşviqat kampaniyasının ölkəmizdə də davam etdirilməsini dəstəkləyib. Şirkətin 9 əməkdaşı Dübəndi çimərliyində yerləşən ərazini plastik qab və polietilen paketlərdən təmizləyərək ümumilikdə ərazidən 20 kisə zibil toplayıb.

Daha öncə bir çox sosial layihələr həyata keçirən “Atəşgah” SŞ “TrashTag” kampaniyasına dəstək verməklə insanları ətraf mühitə qarşı daha diqqətli olmağa çağırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031