SON DƏQİQƏ

naxcivanxeberleri.com

İqtisadiyyatın əhəmiyyətli sahəsinin inkişafı diqqətdə saxlanılır-FOTO

İqtisadiyyatın əhəmiyyətli sahəsinin inkişafı diqqətdə saxlanılır-FOTO
1-07-2022, 19:14

2022-ci ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının göstəricilərinə baxdıqda aydın olur ki, muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı” muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılmasında mühüm rol oynayıb. 

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatının davamlı olaraq yaxşılaşdırılması aqrar sahədə görüləcək işlərin daha operativ və keyfiyyətlə yerinə yetirilməsinə yardımçı olur. Məlumat üçün qeyd edək ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2022-ci ilin yanvar-mart aylarında 69 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. 2022-ci ilin ilk rübündə 31 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilib, 3 ədədi nağd yolla satılıb. Bu dövrdə məhsul istehsalçıları 7836,3 ton mineral gübrə ilə təmin olunub.

Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı əhalinin ağartı məhsullarına olan tələbatını ödəyir. 2022-ci ilin ilk rübündə 24 heyvandarlıq təsərrüfatı yaradılıb, 4 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatıb. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2022-ci ilin yanvar-mart aylarında 3 milyon 726 min 100 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 8,4 faiz çoxdur. 2022-ci ilin yanvar-mart aylarında heyvandarlıq təsərrüfatlarında 2304 baş inək, düyə və camış süni yolla mayalandırılıb, bu dövrdə 2987 baş sağlam bala alınıb. Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 4 oktyabr tarixli Fərmanının icrası bu sahənin inkişafına yeni imkanlar yaradır. 2022-ci ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 6926 ton ət, 13443,7 ton süd istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 və 1,3 faiz çoxdur. Muxtar respublikamızda arıçılıq inkişaf etdirilir, bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi arıçılığa marağı daha da artırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə qəbul edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, istehsal edilən məhsulların ixrac potensialının artırılması və kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulmasında əhəmiyyətli rol oynayıb. 
2022-ci ilin ilk rübündə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 4 milyon 487 min 500 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 8 faiz çoxdur. Muxtar respublikada aqrar sahədə elektron xidmətlərin tətbiqi və elektron informasiya sisteminin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2022-ci il 27 yanvar tarixdə “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi” haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman, muxtar respublikada dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə strateji əhəmiyyətli mallarla təchizatı təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə 2022-ci il 16 fevral tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalanıb.
Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq istehsal olunan kənd təsərrüfatı məhsulları daxili bazarı təmin etməklə bərabər, ixrac üçün də mühüm potensial yaradır. 

Güntac ŞAHMƏMMƏDLİ

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031