SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qızıl cüzi bahalaşıb

Qızıl cüzi bahalaşıb
28-06-2022, 11:12

ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması fonunda qızıl cüzi bahalaşıb.

NAXCİVANXEBERLERİ.COM birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,13% və ya 2,4 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 827,15 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,05% artaraq 1 unsiyası 21,198 ABŞ dolları təşkil edib.

Qiymətli metalın qiymətinin artmasına ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması təsir göstərib. ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 3,194%-dən 3,177% səviyyəsinə düşüb.

İnvestorlar “Böyük yeddilik” (G7) ölkələrinin Rusiyanın qızıldan əldə etdiyi büdcə gəlirlərini məhdudlaşdıracaqları ilə bağlı bəyanatından sonra hadisələrin necə cərəyan edəcəyini izləyirlər. ABŞ Prezidenti Cozef Bayden isə G7 ölkələrinin Rusiyadan qızıl idxalını qadağan edəcəklərini bəyan edib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ekim 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31