SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 362 mln. dolları ötüb

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 362 mln. dolları ötüb
20-05-2019, 12:39

Bu ilin yanvar-aprel aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 362 mln. 140 min dollar təşkil edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycanın Gürcüstanın ümumi ticarət dövriyyəsindəki payı 9,4% təşkil edib. Azərbaycan qonşu ölkənin Türkiyə və Rusiyadan sonra üçüncü ən böyük ticarət tərəfdaşı olub.

Yanvar-aprel aylarında Gürcüstanın Azərbaycana ixracı 126 mln. 337,8 min dollar təşkil edib. İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracında 5% artım olub. Azərbaycan Gürcüstanın ümumi ixracında 13,1% paya sahib olmaqla, Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

İlin ilk dörd ayında Gürcüstan Azərbaycandan 235 mln. 802,2 min dollar dəyərində məhsul idxal edib. İllik müqayisədə Gürcüstanın Azərbaycandan idxalı 2,6% artıb. Qonşu ölkənin ümumi idxalında Azərbaycanın payı 8,4% təşkil edib. Azərbaycan qonşu ölkənin Türkiyə, Çin və Rusiyadan dördüncü əsas idxal tərəfdaşı olub.

Yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 3 mlrd. 859,6 min dollar təşkil edib. İllik müqayisədə bu göstəricidə 2,3% artım qeydə alınıb. Ölkənin ixracı 1 mlrd. 133,4 min. dollar (+17,9%), idxalı isə 2 mlrd. 726,2 mln. dollar (-3,1%) təşkil edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031