17:24 - Azərbaycan və İran Prezidentlərinin qarşılıqlı səfərləri planlaşdırılıb
17:18 - Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb
17:12 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO, YENİLƏNİB
17:01 - Sabah “Yay məktəbi” başa çatır
16:44 - Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib
16:22 - İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - FOTO, YENİLƏNİB
16:10 - Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - FOTO, YENİLƏNİB
16:03 - Azərbaycan yanğınsöndürənləri Türkiyədən yola salınıb
15:43 - Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
15:13 - Qurban bayramı günlərində AQTA nəzarət tədbirlərini gücləndirəcək
14:51 - İƏT-in sessiya iştirakçılarının Qarabağa səfəri başlayıb-FOTO
14:36 - Azərbaycan və Qətərin Baş prokurorları görüşüb-FOTO
14:26 - DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
14:16 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO
Rayon üzrə əmək pensiyası alan şəxslərin sayı 1885 nəfərdir
Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar iqtisadi, eyni zamanda sosial müdafiə sahəsində qarşıya qoyulmuş hədəflərin uğurla gerçəkləşdirilməsinə geniş imkanlar yaratmışdır. Bu inkişafda özünəməxsus yeri olan muxtar respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər iqtisadi və sosial sahədə davamlı inkişafı təmin etmişdir. Muxtar respublikada əhalinin bütün təbəqələrinin, o cümlədən cəmiyyətin həssas qrupu sayılan əmək pensiyaçılarının rifah halının yüksəldilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsi vətəndaşların pensiya təminatının təkmilləşdirilməsi və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müvafiq işlər görür. Belə ki, şöbə pensiya və müavinətlərin vaxtında ödənilməsi, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması, habelə pensiya və müavinətlərin qanunvericilikdə nəzərdə tutulan qaydada təyinatı işlərinin icrasını qanuna uyğun olaraq təmin edir.
Şöbənin 1 dekabr tarixinə olan məlumatına əsasən rayon üzrə əmək pensiyası alan şəxslərin sayı 1097 nəfər təşkil edir. Onlardan 711-i kişi, 1174-ü isə qadındır. Əmək pensiyası ilə təmin olunanların 890-ı yaşa görə, 793-ü sağlamlıq imkanlarının məhdudluğuna görə, 202-si isə ailə başçısını itirməyə görə pensiya alır.
Cari ilin ötən dövrü ərzində əmək pensiyasının artırılması və ölkə başçısının imzaladığı müvafiq sərəncamların icrası ilə bağlı tədbirlər həyata keçirilmiş, pensiyaçıların sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsi 11,4 faiz indeksləşdirilərək artırılmışdır.
Bununla bərabər, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğləridə indeksləşdirilməklə 2,8 faiz artırılmışdır. Şöbə tərəfindən bundan sonra da əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən tədbirlərin icrası ilə bağlı müvafiq işlər həyata keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
Sədərək Rayon Şöbəsi