SON DƏQİQƏ

naxcivanxeberleri.com

I rübdə Azərbaycanda 3,6 mlrd. kubmetr qaz istehlak edilib

I rübdə Azərbaycanda 3,6 mlrd. kubmetr qaz istehlak edilib
20-05-2019, 10:45

Bu ilin I rübündə Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 8,3 mlrd. kubmetr təşkil edib.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun 72,4%-i hasilatın, 27,6%-i ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.

Belə ki, I rübdə qaz hasilatının həcmi 6,01 mlrd. kubmetr, ilin əvvəlinə mövcud ehtiyatın həcmi 2,29 mlrd. kubmetr olub.

Ehtiyatların 43,7%-i və yaxud 3,627 mlrd. kubmetri ölkə daxilində istehlak edilib.

Bu ilin I rübündə ümumi ehtiyatın 41,5%-i, yaxud 3,444 mlrd. kubmetri ixraca yönəldilib.

Hesabat dövründə 4,8%, yaxud da 398 mln. kubmetr itki olub, 10% və ya 830 mln. kubmetr 2019-cu ilin aprelin 1-i vəziyyətinə ehtiyat kimi qalıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031