SON DƏQİQƏ

naxcivanxeberleri.com

Artıq bank hesabını onlayn açmaq mümkün olacaq

Artıq bank hesabını onlayn açmaq mümkün olacaq
16-05-2019, 21:19

Yaxın zamanlarda Azərbaycanda evdən çıxmadan, onlayn bank hesabı açmaq mümkün olacaq.

NAXCİVANXEBELERİ.COM-un məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemləri sektorunun müdiri Tamerlan Rüstəmov deyib.

O qeyd edib ki, bununla bağlı olaraq Palata Mərkəzi Bankla danışıqlar aparır:

“Bu prosedur üç əsas məqsədi əhatə edir – transformasiya, inklüzivlik, rəqabət”.

T.Rüstəmov əlavə edib ki, fiziki şəxslər bir neçə üsulla bank hesabı aça bilər:

“Birinci yanaşma bank hesabının bankın proqram təminatından istifadə olunması ilə açılmasıdır. Digər yanaşma isə, bank hesabının videoəlaqə vasitəsilə açılmasını nəzərdə tutur”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031