SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda milli ödəniş sisteminin dövriyyəsi əhəmiyyətli dərəcədə artıb

Azərbaycanda milli ödəniş sisteminin dövriyyəsi əhəmiyyətli dərəcədə artıb
16-05-2019, 18:20

Azərbaycanın milli ödəniş sisteminin dövriyyəsi son 3 il ərzində 73 faiz artaraq 174 milyard manat təşkil edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

Onun sözlərinə görə, son 3 ildə Azərbaycanda nağdsız hesablaşmalarda artım müşahidə olunur.

Departament direktoru qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı 2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişlənməsi üzrə Dövlət Proqramı 4 istiqamət, 16 prioritet və 60 tədbiri əhatə edir.

K.Qurbanova əlavə edib ki, 2019-cu ilin sonunadək Mərkəzi Bank ani ödənişlər sistemini işə salmağı planlaşdırır:

“Əvvəlcə fiziki şəxslər, 2020-ci ildə isə hüquqi şəxslər arasında hesablaşma sistemini işə salmaq nəzərdə tutulur”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031