SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda 2 milyard 421 min manat ümumi daxili məhsul istehsal edilib

Naxçıvanda 2 milyard 421 min manat ümumi daxili məhsul istehsal edilib
20-12-2018, 09:00

Muxtar respublikada 2018-ci ilin yanvar-noyabr aylarında 2 milyard 421 milyon manatdan artıq ümumi daxili məhsul istehsal olunub. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 5330 manata çatıb.

NAXCİVANXEBERLERİ.COM Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 899 milyon 617 min manat dəyərində məhsul istehsal edilib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Vəsait qoyuluşları çərçivəsində 2018-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 928 milyon manata yaxın vəsait yönəldilib. Bu rəqəm bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 861 milyon 631 min manatı və ya 92,8 faizi tikinti-quraşdırma işlərinin payına düşür.

Bəhs olunan dövrdə 411 milyon manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 23 min tonu, süd istehsalı isə 80 min tonu ötüb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,5 faiz, süd istehsalı isə 1,4 faiz artıb.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930