SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb

Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb
16-05-2019, 16:20

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 374 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 117 ədəd çoxdur.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, aprel ayında Azərbaycan vətəndaşları bu ölkədə 87 daşınmaz əmlak əldə edib ki, bu da 2018-ci ilin aprel ayı ilə müqayisədə 19 ədəd çoxdur.

Türkiyə Statistika Təşkilatının son hesabatına əsasən, ümumilikdə aprel ayında Türkiyədə 84,4 min daşınmaz əmlak obyekti satılıb. Məlumata görə, bunlardan 3,7 mini əcnəbi vətəndaşlar tərəfindən əldə olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031