SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda daha bir BOKT yaradılıb

Azərbaycanda daha bir BOKT yaradılıb
16-05-2019, 14:10

Vergilər Nazirliyi "MJ Financial Services" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

NAXCİVANXEBERLERİ.COM nazirliyə istinadən xəbər verir ki, yeni kredit təşkilatının hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1 963, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbdən cəmi 10 manat çox - 300 010 manat, qanuni təmsilçisi isə Mədəd Nadir oğlu Rüstəmovdur.

Xatırladaq ki, adı çəkilən ünvanda həm də bu ilin mart ayında "MJ Lizinq" MMC qeydiyyatdan keçib. Ünvan amili, eləcə də iki maliyyə qurumunun adındakı oxşarlıq onların sahiblərinin eyni şəxs və yaxud şəxslər olmasından xəbər verir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031