SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Visa": Azərbaycan ödəniş həllərinin səmərəli tətbiqinin nümunəsidir

16-05-2019, 12:39

Azərbaycan ödəniş həllərinin səmərəli tətbiqi, texnologiyaların inkişafı və innovasiyaların tətbiqinin nümunəsidir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu “Visa” şirkətinin MDB və Cənub-Şərqi Avropa üzrə baş direktoru Kristina Doroş “Bank işində və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” mövzusunda FINTEX sammitində deyib.

O bildirib ki, Azərbaycanda təmassız ödənişlər kimi “Visa”nın innovativ həlli 2014-cü ildə tətbiq olunub. K.Doroş nağdsız ödənişlərin inkişafı üçün hökumətin dəstəyini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən genişmiqyaslı islahatlar nəticə verməyə başlayıb:

“Visa” tərəfdaşları ilə birgə yeni texnologiyaları inkişaf etdirməyə və onları Azərbaycanda tətbiq etməyə kömək edəcək”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031