SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda "Yaxşı İdarəetmə, İnnovasiya və Şəffaflıq”Forumu keçiriləcək

Bakıda
16-05-2019, 11:48

[justify]Mayın 21-də Bakıda “Yaxşı İdarəetmə, İnnovasiya və Şəffaflıq” devizi altında Menecment və İnnovasiya Forumu keçiriləcək.

NAXCİVAN.COM-un məlumatına görə, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının və ölkəmizin aparıcı şirkətlərinin təşkilatçılığı ilə baş tutacaq tədbir “Boulevard” oteldə keçiriləcək.

Forumun məqsədi ölkədə idarəetmənin və menecmentin inkişafına dəstək olmaq, idarəetməyə dair yenilikləri paylaşmaq, şəbəkələşməni inkişaf etdirmək və idarəetmə mövzusuna aid məsələləri müzakirə etməkdir.

Forumda idarəetmə və innovasiya mövzularına aid 2 panel nəzərdə tutulub və bu panellərdə yerli və xarici ekspertlərin çıxışı planlaşdırılıb.

Tədbirdə müəssisə və təşkilat rəhbərləri, sahibkarlar, idarəetmə məsləhətçiləri, gələcək liderlik vəzifəsinə hazırlanan şəxslər iştirak edə bilərlər.

Forumda özəl şirkətlərlə yanaşı, müvafiq dövlət qurumlarından rəsmilər, ümumilikdə 200-dək şəxs iştirak edəcək.
[/justify]

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031