SON DƏQİQƏ

naxcivanxeberleri.com

İlin əvvəlində əhaliyə 1.2 milyard manatlıq xidmət göstərilib

İlin əvvəlində əhaliyə 1.2 milyard manatlıq xidmət göstərilib
15-05-2019, 20:04

Bu ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,5 faiz artaraq 1 milyard 288,7 milyon manat olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 866,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 67,3 faizini təşkil edib.

2019-cu ilin yanvar-mart aylarında iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 4 faiz artaraq 216,5 milyon manat olub. Dövriyyənin 40,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-mart aylarına nisbətən 8,8 faiz azalaraq 86,8 milyon manat təşkil edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031