SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sabah Bakıda Azərbaycan-Çexiya biznes forumu keçiriləcək

Sabah Bakıda Azərbaycan-Çexiya biznes forumu keçiriləcək
15-05-2019, 16:20

Çexiya parlamentinin aşağı palatasının sədri Radek Vondraçek sabah Azərbaycana səfər edəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.

Tədbirə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar qatılacaq.

Xatırladaq ki, Bakıda ilk belə biznes forum ötən il sentyabrın 13-də keçirilib. İndiyə qədər çex şirkətləri Azərbaycan iqtisadiyyatına, təxminən, 30 milyon ABŞ dolları, azərbaycanlı iş adamları isə Çexiya iqtisadiyyatına bundan bir qədər çox investisiya qoyub. Hazırda öləmizdə 25 Çexiya şirkəti fəaliyyət göstərir. Onlar ümumi dəyəri 2 milyard dollardan çox olan 8 layihənin icraçısıdır.

İki ölkə arasındakı iqtisadi əlaqələrdəki imkanların böyük əksəriyyəti hələ də işə salınmayıb. Belə ki, Azərbaycan tərəfi maliyyə, maşınqayırma, kimya, həmçinin dəmir yolu vaqonları və konteynerləri istehsalında geniş imkanların mövcud olduğunu qeyd edib. 2017-ci ildə Gəncə avtomobil zavodu ilə “Tatra” şirkəti arasında imzalanmış memorandum həmin məhşur brenda aid yük avtomobillərinin Azərbaycanda yığılmasını nəzərdə tutur.

Çexiya kənd təsərrüfatı, kimya, emal sənayesi, maşınqayırma, İT, əczaçılıq, elektrotexnika və məişət elektronikası, ekoloji texnologiyaları, enerji, o cümlədən bərpa olunan enerji mənbələri, həmçinin nəqliyyat, logistika və turizm sahələrində Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 4 ayında Azərbaycanla Çex Respublikası arasında ticarət dövriyyəsinin dəyəri 250,23 milyon dollar olub. Bunun 235,4 milyon dolları Azərbaycanın Çexiyaya ixracının payına düşüb. Son 1 ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 18% azalıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031