SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əlilliyin qiymətləndirilməsi üzrə e-sistem Avropanın xüsusi mükafatına layiq görüldü

Əlilliyin qiymətləndirilməsi üzrə e-sistem Avropanın xüsusi mükafatına layiq görüldü
15-05-2019, 15:33

Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Avropa regionu üzrə təşkil edilən “Yaxşı Təcrübə” müsabiqəsində Azərbaycanın daha bir sosial layihəsi - əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem müsbət dəyərləndirilərək BSTA-nın xüsusi mükafatına layiq görülüb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, təşkilatın ölkəmizdə təşkil etdiyi Avropa Regional Sosial Təminat Forumu çərçivəsində mükafat BSTA-nın rəsmiləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib.

Əlilliyin qiymətləndirilməsi qeyd olunan e-sistem vasitəsilə məmur-ekspert təması olmadan həyata keçirilir. Belə ki, səhiyyə müəssisəsi tərəfindən həmin e-sistemə daxil edilən göndəriş əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinə dair məlumatlar adsızlaşdırıldıqdan sonra tibbi-sosial ekspertiza xidmətinə yönəldilir. Nəticədə, yalnız göndərişdəki xəstəliyə dair məlumat əsasında, əlillik təyin edilib-edilməməsinə dair şəffaf və obyektiv şəkildə qərar qəbul edilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031