SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan xam neft ixracını 29% artırıb

Azərbaycan xam neft ixracını 29% artırıb
15-05-2019, 14:47

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 12 061,695 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 5 678,799 mln. ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac olunan xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 29%, dəyəri isə 22,6% çox olub.

Bu ilin dörd ayında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 80,10% təşkil edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031