SON DƏQİQƏ

naxcivanxeberleri.com

DİM “Xüsusi qabiliyyət imtahanları” jurnalının II nömrəsini çap edib

DİM “Xüsusi qabiliyyət imtahanları” jurnalının II nömrəsini çap edib
14-05-2019, 17:51

Dövlət İmtahan Mərkəzi (DİM) orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2019-cu il 2-ci nömrəsini çap edib.

DİM-dən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,"Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnalda orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, normativlər və digər faydalı məlumatlar əksini tapıb.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları 4 istiqamət üzrə qruplaşdırılıb:
1. Təsviri sənət
2. Musiqi sənəti
3. Teatr, kino və xoreoqrafiya sənəti
4. Bədən tərbiyəsi və idman

“Xüsusi qabiliyyət imtahanları” jurnalı həmçinin bu sahələr üzrə tədris aparan orta ixtisas təhsili müəssisələri və professor-müəllim heyəti üçün böyük əhəmiyyəti olan bir nəşrdir. Yeni nəşr xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssislərin bu sahəyə yeni gələn abituriyentlərə bələdçi olmaları və bununla da orta ixtisas təhsili müəssisələrinə hazırlıqlı abituriyentlərin axınını yaratmaq üçün bir fürsətdir.

Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Qeyd edək ki, DİM aprel ayında “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2019-cu il 1-ci nömrəsini çap edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30