SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sabah Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi işə başlayır

Sabah Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi işə başlayır
14-05-2019, 12:10

Sabahdan başlayaraq mayın 17-nə qədər Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən bir - 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro 2019”) keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinun beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Toğrul Qafarbəyli bildirib ki, sərgi “Made in Azerbaıjan” brendinin formalaşdırılması üçün böyük əhəmiyyət kəsb edir.

“Bu il sərgidə ilk dəfə milli pavilyonla təmsil olunacağıq. Ərazimiz 300 kvadratmetrdən çoxdur. Azərbaycanlı fermerlərin də istifadə edə biləcəyi dron texnologiyasını və mobil baytarlıq xidmətini ilk dəfə nümayiş etdirəcəyik”, - o deyib.

“Caspian Agro”da nazirliyə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC də təmsil olunacaq. Qeyd edək ki, bu il şirkət Bakıda və regionlarda, təxminən, 10 yeni mağazasını açmağı planlaşdırır.

Sərgi çərçivəsində 3 innovativ layihənin, mobil laboratoriyanın da nümayişi nəzərdə tutulub.

“Caspian Agro 2019” regionda kənd təsərrüfatı sahəsinin inkişafına, Azərbaycanın aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqinə, eləcə də təcrübə mübadiləsinə, yerli və xarici təsərrüfatçılar arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsinə kömək edir. Aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış müəssisələrinin nümayəndələri, habelə fermerlərin də yer aldığı sərgi iştirakçıları eksponent və ziyarətçilərlə görüşmək və öz məhsullarını əyani şəkildə nümayiş etdirmək üçün ideal fürsət əldə edəcəklər.

“Caspian Agro 2019”un ekspozisiyası Bakı Ekspo Mərkəzinin üç mərkəzi pavilyonunda, eləcə də mərkəzin açıq platformasında yerləşəcək. Bu il sərgidə dünyanın 31 ölkəsini təmsil edən 403 -dən artıq şirkət iştirak edəcək. Bu il iştirak edən ölkələrin sayında 10 %lik artım var. Azərbaycan, Belarus, Belçika, Almaniya, İtaliya, Mərakeş, Rusiya, İspaniya, Şri-Lanka, Türkiyə, Ukrayna, ABŞ, İsrail və digər ölkələri təmsil edən nümayəndələr suvarma sistemləri, istixana avadanlıqları, istixanalar, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvanlar üçün yemlər, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları və digər sektorlar üzrə bir çox yeni məhsullar təqdim edəcəklər. Gürcüstan və Niderland sərgidə milli stendlərlə çıxış edəcəklər. Həmçinin bu il Mərakeş sərgidə ilk dəfə çıxış edəcək.

Sərgi çərçivəsində “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək və bu görüşlər əsnasında sənaye mütəxəssisləri əməkdaşlıq yollarını müzakirə edə, yeni əlaqələr quraraq mövcud əlaqələri gücləndirə və həm sərginin qonaqları, həm də öz həmkarları olan iştirakçılar arasında tərəfdaş və müştərilər tapa biləcəklər. Hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər. Həmçinin sərgi çərçivəsində ilk dəfə olaraq “Fermer təsərrüfatının inkişafı və yüksək keyfiyyətli məhsulların verilməsi” mövzusunda treninq sessiyası keçirməyi planlaşdırırlar. Bu sessiyada fermerlər onları maraqlandıran suallarla mütəxəssislərə müraciət edərək öz təcrübələrini həmkarları ilə bölüşə biləcəklər. Sərginin ikinci günündə “EUROCHEM TRADING RUS” şirkətinin seminarının və “ICODS HILMER GMBH” şirkətinin təqdimatının keçirilməsi planlaşdırılır.

Sərgini Kənd Təsərrüfatı Nazirliyi ilə yanaşı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəkləyirlər. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031