SON DƏQİQƏ

naxcivanxeberleri.com

Minimum pensiyalar və əməkhaqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb

Minimum pensiyalar və əməkhaqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb
14-05-2019, 11:21

Bu ilin ötən dövründə Azəbaycanda minimum pensiyalar və minimum əməkhaqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, təkcə cari ilin ötən dövründə reallaşdırılan uğurlu sosial paket 3 milyon insanın rifahına ciddi dəstək olub.

S.Babayev vurğulayıb ki, 10 min nəfərə elektron qaydada pensiya təyin olunub.

O qeyd edib ki, pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanıb, şəhid ailələri və müharibə əlillərinin mənzil, müharibə əlillərinin minik avtomobili ilə təminatı proqramı idən-ilə dəfələrlə genişlənib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031