SON DƏQİQƏ

naxcivanxeberleri.com

Beynəlxalq Sosial Təminat Assosiasiyası Azərbaycanda pensiya islahatına dəstək olacaq

Beynəlxalq Sosial Təminat Assosiasiyası Azərbaycanda pensiya islahatına dəstək olacaq
13-05-2019, 13:15

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 14-16 may tarixlərində Bakıda keçiriləcək Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş BSTA-nın Baş Katibi Marselo Abi-Ramia Kaetano ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları barədə məlumat verib. O, Azərbaycanda aparılan siyasətin mərkəzində insan amilinin dayandığını qeyd edib, güclü sosial siyasətə malik ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması, sosial təminatın gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. Nazir əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, yeni yaradılan DOST Agentliyi və ilk DOST mərkəzi, DOST konsepsiyasının mahiyyət və məqsədləri haqqında BSTA-nın Baş Katibini məlumatlandırıb.

Sosial təminat sahəsində aparılan islahatlar kontekstində Azərbaycanın BSTA ilə fəal əməkdaşlığından bəhs edən S.Babayev ötən dövrdə ölkəmizin bu Təşkilatın büro üzvü, habelə Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçildiyini deyib. O, Avropa Regional Forumunun Avropa ölkələrində sosial təminat sistemlərinin inkişafı ilə bağlı birgə müzakirə və təcrübə mübadilələrin aparılmasında xüsusi önəmini qeyd edib. Nazir Forumun Azərbaycanda keçirilməsi barədə BSTA-nın qərarından, həmçinin BSTA-nın “Avropa üçün Yaxşı Təcrübə 2019” müsabiqəsində ölkəmizdən də bir sıra mühüm sosial proqramların xüsusi mükafat və təltiflərə layiq görülməsindən məmnunluğunu bildirib.

M.A.R.Kaetano Azərbaycana səfərə gəldikdən sonra qısa müddətdə artıq xoş təəssüratlara malik olduğunu deyib. O, ölkəmizin milli sosial təminat sistemində aparılan islahatlarda BSTA ilə geniş müstəvidə əməkdaşlıq etməsinin təqdirəlayiq olduğunu bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031