17:44 - Ərdoğan Bəxtiyar Vahabzadənin məşhur şeirini səsləndirib
17:38 - Boşanmaq istəyən şəxs qeydiyyatda olmadığı başqa bir rayon məhkəməsinə müraciət edə bilərmi?
17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO
16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"
16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub
16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”
16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"
15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"
15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"
15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"
15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"
Azərbaycan irimiqyaslı enerji layihələrində özünü etibarlı tərəfdaş kimi tanıdıb - Baş katib
Azərbaycan irimiqyaslı enerji layihələrində özünü etibarlı tərəfdaş kimi tanıdıb.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Məhəmməd Hamil Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovla görüşü zamanı deyib.
Görüş zamanı M.Hamil Azərbaycanın karbohidrogen sahəsindəki tarixi rolunu vurğulayıb.
"Bu gün Azərbaycan dünya enerji arenasında vacib rol oynayır. Ölkə irimiqyaslı enerji layihələrində özünü etibarlı tərəfdaş kimi tanıdıb və enerji forumlarının, o cümlədən GECF və OPEC çərçivəsində forumların fəal iştirakçısıdır", - deyə baş katib bildirib.
Səfir R.İsmayılov öz növbəsində təbii qazın bütün dünyada enerji təhlükəsizliyinin yüksəldilməsi üçün vacibliyini və qaz bazarlarında mövcud vəziyyət şəraitində tələb və təklif arasında balansın təmin olunmasının vacibliyini vurğulayıb.
Tərəflər 2022-ci ilin fevralında Qətərin paytaxtı Dohada keçiriləcək GECF üzv ölkələrinin dövlət və hökumət başçılarının 6-cı sammitinə hazırlıq məsələlərini müzakirə edib.