SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gələn ilin I rübündə “Əşrəfi-Dan ulduzu-Aypara” sahəsində 2 və 3 Ölçülü seysmik tədqiqata başlanması gözlənilir

Gələn ilin I rübündə “Əşrəfi-Dan ulduzu-Aypara” sahəsində 2 və 3 Ölçülü seysmik tədqiqata başlanması gözlənilir
19-12-2018, 12:34

“Equinor” (Norveç - keçmiş “Statoil”) şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Əşrəfi-Dan ulduzu-Aypara” sahəsində gələn ilin mart ayının ortalarında 2 və 3 Ölçülü seysmik tədqiqat işlərinə başlamağı planlaşdırır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Əşrəfi-Dan Ulduzu-Aypara” kəşfiyyat sahəsində 2 Ölçülü - 3 Ölçülü seysmik tədqiqat üçün Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədində qeyd edilib.

“2 Ölçülü-3 Ölçülü seysmik tədqiqatın gəminin mövcudluğundan asılı olaraq 2019-cu ilin mart ayının ortalarında başlanacağı gözlənilir və tədqiqat işləri təxminən 42-45 gün çəkəcək.

Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) uyğun olaraq “Statoil Azerbaijan” bu işlərin operatoru qismində çıxış edəcək və 2 Ölçülü-3 Ölçülü seysmik tədqiqatın planlaşdırılmasına və yerinə yetirilməsinə görə cavabdehlik daşıyacaq. Həmin tədqiqat işləri təxminən minimum 3 Ölçülü seysmik məlumatın tam 500 qat km2 və təxminən minimum 2 Ölçülü seysmik məlumatın tam 800 qat km2 əhatə edilməsindən ibarət olacaq”,-sənəddə qeyd edilib.

Blokun kəşfiyyat sahəsi Bakıdan təxminən 50 kilometr şərqdə, Azərbaycanın sahil xəttindən (Abşeron yarımadası) təxminən 14 km şərqdə və Pirallahı adasından və Çilov adasından təxminən 7 km şərqdə suyun dərinliyi 20-225 m arasında dəyişən dəniz sahəsində yerləşir.

Qeyd edək ki, bu il mayın 30-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin "Equinor" qrupunun bir hissəsi olan "Statoil Azerbaijan" şirkəti “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında sazişlər imzalanıb. HPBS çərçivəsində seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.

Saziş iyunun 29-da Milli Məclis tərəfindən ratifikasiya olunub.

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930