SON DƏQİQƏ

naxcivanxeberleri.com

Pensiyaçılar artımları nə vaxt alacaq? - Sədr müavini açıqladı

Pensiyaçılar artımları nə vaxt alacaq? - Sədr müavini açıqladı
14-01-2022, 14:46

Pensiyaçılar indeksləşdirmə nəticəsində olan artımları fevral ayından etibarən almağa başlayacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib.

O qeyd edib ki, yanvar ayında Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqının məbləğini təqdim edir və istehlak qiymətlərinin indeksləşdirilməsi müəyyən olunur.

“Yanvarla-fevralın artımı fevralda ödənilir. Tam məbləğ artıq mart ayından ödənilməyə başlayır. Yəni, fevral ayında artımla alınacaq məbləğ yanvar və fevral ayını əhatə etdiyinə görə yekun məbləğ olmur. Hətta mart ayında da bizə müraciətlər olur ki, pensiyamız niyə azaldı? Hazırda pensiya artımla ödənilmir. Artımla yalnız minimum pensiyalar verilir, yəni 200 manat pensiya artırılaraq 240 manata çatdırılıb və həmin şəxslərə artımla ödəniş edilib. Amma digər pensiya alan şəxslər indeksləşdirmə nəticəsində olan artımlarını fevral ayında almağa başlayacaq.

Artırılan müavinətlər isə bu aydan veriləcək. Məsələn, yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılıb. Bu şəxslər sosial müavinətlərini artımla birgə yanvarın 20-25-i aralığında alacaqlar", - deyə o bildirib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31