SON DƏQİQƏ

naxcivanxeberleri.com

Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq

Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq
9-05-2019, 09:20

Azərbaycana builki yay turizm mövsümündə ən çox turistin Səudiyyə Ərəbistanından gələcəyi gözlənilir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, Azərbaycandan Səudiyyə Ərəbistanına və əks istiqamətdə aviareyslərin vsayı artrılıb.

Mütəxəssis hesab edir ki, bunun nəticəsində builki yay turizm mövsümündə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 2 dəfə artacaq.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2018-ci ildə Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. 2017-ci illə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2 dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 7,9 faiz, Oman vətəndaşlarının sayı 7,4 faiz artıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930