SON DƏQİQƏ

naxcivanxeberleri.com

Maliyyə Bazarlarına Nəzarət Palatası mənfəətlə işləməyə başlayıb

Maliyyə Bazarlarına Nəzarət Palatası mənfəətlə işləməyə başlayıb
8-05-2019, 11:23

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) cəmi aktivləri 2018-ci il yanvarın 1-nə 14,64 milyon manat təşkil edib.

NAXCİVANXEBERLERİ.COM qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci il yanvarın 1-nə nisbətən 38,6% çoxdur.

Hesabat dövründə MBNP-nin uzunmüddətli aktivləri 19,3% azalaraq 5,89 milyon manata düşüb, cari aktivləri isə 2,7 dəfə artaraq 8,75 milyon manata çatıb.

Ötən ilin əvvəlinə Palata 1,66 milyon manatlıq cəmi öhdəliklərə (illik müqayisədə 20,7% çox), 13,474 milyon manatlıq cəmi kapitala (40,4% çox) malik olub.

2017-ci ildə MBNP-nin əsas əməliyyat gəlirləri 15 milyon manat (7,1 dəfə çox), sair gəlirləri 182 min manat (91 dəfə çox), əməliyyat xərcləri 10,882 milyon manat (94,25% çox), debitor borcların dəyərsizləşməsi üzrə xərcləri 419 min manat (əvvəlki il olmayıb), sair xərcləri isə 4 min manat (4 dəfə çox) təşkil edib. Son nəticədə Palata ili 3,887 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum əvvəlki ildən 3,482 milyon manat zərərlə çıxmışdı.

Xatırladaq ki, MBNP ölkə prezidentinin 3 fevral 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 5 milyon manatdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031