SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əmək bazarında problemlərdən biri gənclərin ixtisaslarına uyğun iş tapmamasıdır - Sahil Babayev

Əmək bazarında problemlərdən biri gənclərin ixtisaslarına uyğun iş tapmamasıdır - Sahil Babayev
8-12-2021, 10:41

Son 4 il ərzində 36 min ailə özünüməşğulluq proqramı nəticəsində sahibkarlara çevrilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zaman deyib.

Nazir bildirib ki, Azərbaycanda hər il 100 mindən artıq gənc əmək bazarına daxil olur: “Bu baxımdan qarşımızda böyük çağırışlar dayanır və biz bu gənclər üçün dəstək tədbirləri görməliyik”, - deyə nazir bildirib.

S.Babayev vurğulayıb ki, bu gün əmək bazarında mövcud olan problemlərdən biri də gənclərin öz ixtisaslarına uyğun iş tapmamasıdır: “Bu baxımdan gənclərin peşə bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirilir, həmçinin peşə hazırlığı hər il genişləndiriləcək. Ardıcıl şəkildə aktiv məşğulluq proqramları həyata keçirilir”, - deyə nazir bildirib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31