SON DƏQİQƏ

naxcivanxeberleri.com

Neft korreksiya çərçivəsində ucuzlaşıb

Neft korreksiya çərçivəsində ucuzlaşıb
8-12-2021, 14:29

Bir gün əvvəl “Omikron” ştamı ilə bağlı narahatlıqların səngiməsi fonunda orta hesabla 3,5% bahalaşmış neft korreksiya çərçivəsində ucuzlaşıb.

NAXCİVANXEBERLERİ.COM “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9.22-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 0,28% ucuzlaşaraq, 1 bareli 75,23 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 0,33% aşağı düşərək, 1 bareli 71,81 ABŞ dolları təşkil edib.

Amerika Neft İnstitutu (API) noyabrın 26-dək olan həftə ərzində ABŞ-da neft ehtiyatlarının 3,09 milyon barel azaldığını açıqlayıb. Analitiklər isə ehtiyatların 2,09 milyon barel artacağını gözləyirdilər. Hazırda ABŞ-ın Energetika Nazirliyinin ölkədəki neft ehtiyatları ilə bağlı rəsmi açıqlaması gözlənilir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31