SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sentyabrda Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evi açılacaq

Sentyabrda Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evi açılacaq
7-05-2019, 19:42

İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreev ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşdə TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın cari vəziyyəti və onun genişləndirilməsi imkanları barədə müzakirələr aparılıb.

Bildirilib ki, TDƏŞ çərçivəsində üzv ölkələr müxtəlif istiqamətlərdə (siyasi, iqtisadi-ticarət, humanitar və s. sahələrdə) uğurla əməkdaşlıq edirlər. Qeyd edilib ki, üzv ölkələr arasında ticarət əlaqələrinin şaxələndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Görüşdə Azərbaycanın ixracın təşviqi sahəsində tətbiq etdiyi mexanizmlərin, o cümlədən ticarət evlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycanın bir sıra xarici ölkələrdə ticarət evləri açılıb və uğurla fəaliyyət göstərir. Bu ilin sentyabrında isə Qazaxıstanın Nur - Sultan şəhərində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində Sənaye-Ticarət Palatasının, Birgə İnvestisiya Fondunun yaradılması, təşkilatın 2019-cu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək VII Zirvə Toplantısının çərçivəsində biznes-forumun təşkili və s. məsələlər müzakirə edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031