SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünya bazarında neft xeyli ucuzlaşıb

Dünya bazarında neft xeyli ucuzlaşıb
27-10-2021, 15:29

Bu gün keçirilən hərraclarda neftin qiymətində azalma qeydə alınıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Bakı vaxtı ilə saat 13:48-ə olan vəziyyətə görə, “Brent” markalı neftin yanvar fyüçersləri 1,14 faiz ucuzlaşaraq 84,67, WTI markalı neftin dekabr fyüçersləri də 1,49 faiz ucuzlaşaraq 83,39 ABŞ dollarından satılıb. Səhərki hərraclarda hər iki marka müvafiq olaraq 0,5 faiz və 0,7 faiz ucuzlaşmışdı.

Qeyd edək ki, ötən gecə Amerika Neft İnstitutu (API) ölkədəki neft ehtiyatlarının 15-22 oktyabr tarixləri ərzində 2,3 milyon barel, benzin ehtiyatları 0,5 milyon barel, distilat ehtiyatlarının da 1 milyon barel artdığını, ABŞ-ın ən böyük neft terminalı olan Kuşinqdə (Kushing) isə 3,7 milyon barel azaldığını açıqlayıb.

Xatırladaq ki, ötən həftə neft və neft məhsulları ehtiyatlarına, neft hasilatına dair rəsmi məlumatlar bu gün açıqlanacaq.

Ekspertlərin fikrincə, sözügedən müddət ərzində neft ehtiyatları 1,9 milyon barel artıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031