SON DƏQİQƏ

naxcivanxeberleri.com

ƏƏSMN-in elektron xidmətlərinə 11,5 milyon müraciət qeydə alınıb

ƏƏSMN-in elektron xidmətlərinə 11,5 milyon müraciət qeydə alınıb
27-10-2021, 13:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 2021-ci ilin yanvar-sentyabr aylarında 11,5 milyon müraciət qeydə alınıb.

Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müraciətlər üzrə əmək münasibətləri, məşğulluq, sosial müdafiə və sosial təminat, sosial sığorta, əlillik və reabilitasiya, övladlığagötürmə və s. üzrə vətəndaşlara xidmətlərin göstərilməsi təmin olunub.

Ümumilikdə Nazirlik üzrə 170 xidmətdən 105-i e-platforma üzərindən göstərilir. Bu e-xidmətlərin böyük hissəsi sosial təminat sahələri ilə bağlıdır. Həmçinin 44 e-xidmət proaktiv qaydada (şəxsin sosial təminat növünə hüququ yarandığı halda bu hüququn müraciət olunmadan və sənəd təqdim edilmədən avtomatik reallaşdırılması) xidmətlərin göstərilməsini təmin edir.

Hazırda qurumun fəaliyyət sahələri üzrə daha 56 xidmətin də elektronlaşdırılması üçün işlər aparılır. Onlardan 20-ə qədəri proaktiv xidmətlər olacaq.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031